Mərdəkanda, Bravonun yolunda, düz ana yoldan 10 metr içəridə 5 otaqlı əla bağ evi kirayə verilir. Ev elan xatirinə tikilənlərdən deyil, sahibi özü üçün xüsusi zövqlə və baha-başa gələn materiallarla tikdirib. Tam 25 sotun içindədir, 470 kvadrat yaşayış sahəsi var. Evin içi çox genişdir, böyük zal, 4 yataq otağı, 2 mətbəx, 2 holl, geniş padvalı və 4 dənə tam hazır sanuzeli var. Holl, mətbəx və hamamlar isti döşəmədir, pərdələrinə, lüstrlarına kimi hər şey asılıb. Qaz, su, işıq daimidir, istilik sistemi kombidir. Həyəti isə tam ayrı bir aləmdir, istirahət üçün hər şey yığılıb. Filterli və istilik sistemli böyük hovuzu var, yanında öz paltardəyişmə otağı və hamamı da düzəldilib. Həyətdə manqalxana, təndir başı və 8 nəfərlik rahat besedka mövcuddur. Ən əsası, həyətdə xüsusi açılıb-bağlanan şüşələrlə yığılmış, 50 nəfərlik böyük yay-qış mətbəxi var ki, onun da içində qonaq üçün əlavə yataq otağı və sanuzel tikilib. Həmçinin mühafizəçi üçün ayrıca sanuzelli ev, qaraj, pultlu darvaza və həyəti tam nəzarətdə saxlayan 16 kameralı təhlükəsizlik sistemi var. Həyət yamyaşıl, dekorativ ağaclar və güllərlə doludur, gecələr isə sensorlu işıqlar yanır. Yolu tam asfaltdır, qışda da, yayda da rahat yaşamaq olur. Kirayə minimum 2 aylıq müddətinə təklif olunur.